AZ

ABŞ: Blinken Laosda Lavrovla görüş tələb etməyəcək

"ABŞ dövlət katibi Antoni Blinken Laosun paytaxtında keçiriləcək ASEAN xarici işlər nazirlərinin görüşü çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş tələb etməyi planlaşdırmır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

Ona xatırladılıb ki, əvvəllər oxşar çoxtərəfli görüşlər zamanı Lavrov və Blinken arasında dəfələrlə ikitərəfli görüşlər keçirilib. Bununla bağlı Millerdən Amerika tərəfinin bu dəfə oxşar bir gözləntisinin olub-olmamasına aydınlıq gətirmək istənilib.

"Mən bunu gözləmirəm", - deyə ABŞ-nin xarici siyasət rəsmisi cavab verib. 

Seçilən
60
9
iqtisadiyyat.az

9Mənbələr