AZ

"Tesla"nın gəliri son 5 ilin ən aşağı səviyyəsinə düşüb

Amerika avtomobil istehsalçısı "Tesla"nın ikinci rübdə xalis mənfəəti 1,48 milyard dollar təşkil edib, bu, son beş ilin minimum göstəricisidir.

Valyuta.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Məyusedici hesabatlar fonunda şirkətin səhmləri bir barel üçün 224,07 dollara enərək əvvəlki ticarətdə 9%-dən çox ucuzlaşıb.

AJ Bell investisiya analitiki Dan Koatsvort bildirib ki, "Tesla "dörd rüb ardıcıl olaraq mənfəət hədəflərini əldən verib.

"Onlar robotaksis, insanabənzər robotlar və avtonom sürücülük haqqında çox danışırlar ki, bu da investorlar üçün maraqlı hekayədir, lakin bunların bu günün deyil, sabahın potensial sərvətləri olması faktını heçə endirmir", deyə ekspert vurğulayıb.

İyulun əvvəlində İlon Mask robotaxinin təqdimat tarixinin avqustun 8-dən oktyabra təxirə salındığını elan edib. Bazar bu xəbərə mənfi reaksiya verib və şirkətin səhmləri 8,5% ucuzlaşıb.

Paşa Məmmədli
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
37
valyuta.az

10Mənbələr