AZ

ASK“Bloomberg”: Kakao paxlasının qiymətləri son aylarda ən aşağı səviyyəyə düşüb

Kakao fyuçersinin qiymətləri təklif artımı və tələbin azalması gözləntiləri səbəbindən dörd aydan çox müddətdə ən aşağı səviyyəyə düşdü.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, bazar ertəsi Nyu-Yorkda kakao paxlası üçün ən aktiv satılan fyuçers müqaviləsi 4,4 % ucuzlaşaraq 1 ton üçün 6 650 dollara düşüb.

“Bloomberg” qeyd edib ki, kakao qiymətləri tarixi orta göstəricilərdən yüksək olaraq qalır və bu xammala tələbatın azalması ehtimalı var. Bir neçə şokolad istehsalçısı ilin ikinci yarısında gəlirliliklərini təzyiq altında olacağı barədə xəbərdarlıq edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
3
far.az

10Mənbələr