AZ

Kakaonun qiymətləri son aylarda ən aşağı səviyyəyə düşüb

Kakao fyuçersləri təklifin artması və tələbin azalması gözləntiləri ilə dörd aydan çox müddətdə ən aşağı səviyyəyə düşüb.

Marja xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentlik məlumat verir ki, iyulun 29-da Nyu-Yorkda ən aktiv şəkildə satılan kakao paxlasının fyuçers müqaviləsi 4,4% ucuzlaşaraq bir ton üçün 6650 dollar təşkil edib.

Bloomberg qeyd edib ki, kakao qiymətləri tarixi orta göstəricilərdən yüksək olaraq qalır və amma bu, xammala tələbatın azalmasına səbəb olur. Bir neçə şokolad istehsalçısı yüksək qiymətlərin ilin ikinci yarısında gəlirliliklərini təzyiq altında qoyacağı barədə xəbərdarlıq edib. 

 

fyuçerslər kakao
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
3
marja.az

10Mənbələr