AZ

Bloomberg Şimal dəniz yolunu ticarət üçün ən təhlükəsiz marşrut adlandırıb

Bloomberg Şimal dəniz yolunu ticarət üçün ən təhlükəsiz marşrut adlandırıb

Yəmən husilərinin Qırmızı dənizdə artan hücumları fonunda Şimal Dəniz Yolu (NSR) ən təhlükəsiz ticarət yoluna çevriləcək. Bu barədə "Bloomberg" məlumat yayıb.Nəşr “Rosatom” dövlət korporasiyasının məlumatlarına istinadən qeyd edib ki, ötən il Şimal dəniz marşrutu ilə rekord həcmdə - 36 milyon ton yük keçib ki, bunun da yarıdan çoxu mayeləşdirilmiş təbii qaz (LNG) olub.Buzqıran gəmilərə mümkün ehtiyac səbəbindən marşrutun çətinliyinə baxmayaraq, "Bloomberg" bu marşrutu ən təhlükəsiz adlandırıb. Agentlik proqnozlaşdırır ki, daha çox tanker Qırmızı dəniz marşrutundan yayınmaq və yükləri alıcılara daha sürətli çatdırmaq üçün Şimal Dəniz Marşrutundan istifadə etməyi seçəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
79
37
afn.az

10phrase_var_article.sources