AZ

Nyu-York birjasında 2022-ci ildən bəri – ƏN SƏRT ENMƏ

Nyu-York birjasında 2022-ci ildən bəri ən kəskin enmə baş verib.

FED.az xəbər verir ki, «Dow Jones» indeksi 500 bənddən çox itirərək 1,25 faiz azalaraq 39 853,87 bəndə enib. «S&P 500» indeksi 2,32 faiz azalaraq 5 427,12 bənd olub. Ümumilikdə «S&P 500» və «Nasdaq 100» indekslərində 2022-ci ilin sonundan bəri ən böyük enmə baş verib.

Nyu-York Fond Birjası iyulun 24-nü texnoloji səhmlərdəki satışların başçılıq etdiyi kəskin enişlə başa vurub. «Dow Jones» indeksi 500 bənddən çox itirərək 1,25 faiz azalaraq 39 853,87 bənd olub.

«S&P 500» indeksi 2,32 faiz azalaraq 5 427,12 bənd olduğu halda, «Nasdaq» indeksi 3,62 faiz və ya bənddən çox azalaraq 17 345,84 bənd olub. S&P 500 indeksi 2022-ci ilin dekabrından, Nasdaq indeksi isə 2022-ci ilin oktyabrından bəri ən pis performansını göstərib.

ABŞ-da aktivləşən balans mövsümündə şirkətlərin maliyyə nəticələri investorların diqqət mərkəzində olduğu halda, Alphabet və Tesla kimi iri texnologiya şirkətlərinin məyusedici maliyyə nəticələrindən sonra səhm bazarlarında mənfi tendensiya müşahidə olunub.

Dünən bazarlar bağlandıqdan sonra balans hesabatlarını açıqlayan şirkətlərdən biri olan ABŞ-ın texnologiya nəhənglərindən biri olan «Alphabet»in («Google»un sahibidir) səhmləri, şirkətin gəliri və mənfəətinin ikinci rübdə gözləntiləri aşmasına baxmayaraq, 5,03% dəyər itirib. Buna səbəb «YouTube»un reklam gəlirlərinin gözləntiləri doğrultmaması və hələ də süni intellektdə arzu olunan irəliləyişə nail ola bilməməsidir.

Tesla da dəyərini itirdi

Enmə ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla şirkətinə də təsir edib. Dünən şirkətin açıqladığı maliyyə nəticələrinin gözləntiləri doğrultmayıb, üstəlik «Robotaxi»nin təqdimatını təxirə salmasından sonra şirkətin səhmləri 12,33 faiz ucuzlaşıb.

Maliyyə xidmətləri şirkəti Visa-nın səhmləri ödəniş həcminin azalmasından sonra 4 faiz ucuzlaşıb.

Bundan əlavə, çip istehsalçılarının səhmlərinin azalması diqqət çəkib, Nvidia-nın səhmləri 6,8 faiz, Broadcom-un səhmləri 7,6 faiz, Arm-ın səhmləri isə 8,2 faiz itirib.

Analitiklər bazarlar bağlandıqdan sonra balanslarını açıqlayacaq IBM və Ford-un maliyyə nəticələrinin yaxından izləniləcəyini bildiriblər.

Makroiqtisadi məlumatlar tərəfində ABŞ-ın istehsal sənayesi Satınalma Menecerləri İndeksi (PMI) iyul ayında aylıq 2,1 bənd azalaraq, bazar gözləntilərinin altında 49,5-ə düşüb .

ABŞ-da yeni ev satışları da yüksək ev qiymətləri və ipoteka (mənzil krediti) faiz dərəcələrinin təsiri ilə iyun ayında aylıq bazda 0,6 faiz azalaraq 2023-cü ilin noyabrından bəri ən aşağı səviyyəni qeyd edib.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
37
fed.az

10Mənbələr