AZ

Mahmud Abbas Türkiyəyə səfər edəcək

Fələstin dövlətinin Prezidenti Mahmud Abbasın Türkiyəyə səfərinin tarixi məlum olub.Bu barədə Türkiyə Prezidenti İdarəsinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "X" hesabında bildirib.

O bildirib ki, Fələstin lideri avqustun 14-15-də Türkiyəyə səfər edəcək.
Fəxrəddin Altunun sözlərinə görə, Fələstin Prezidenti avqustun 14-də Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək, avqustun 15-də isə Türkiyə parlamentində çıxış edəcək.

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
8
anews.az

10Mənbələr