Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bu gün Türkiyəyə gələcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (Ak Partiya) quruluşunun 23-cü ildönümi münasibətilə rəsmi mərasimdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Mahmud Abbas sabah Türkiyə Böyük Millət Məclisində çıxış edəcək.