AZ

Mahmud Abbasın Türkiyəyə səfərinin tarixi dəqiqləşdi

Fələstin dövlətinin Prezidenti Mahmud Abbasın Türkiyəyə səfərinin tarixi məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti İdarəsinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "X" hesabında bildirib.

Onun sözlərinə görə, Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə səfər edəcək.

Altun bildirib ki, Fələstin Prezidenti avqustun 14-də Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək, avqustun 15-də isə Türkiyə parlamentində çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
8
publika.az

10Mənbələr