Bakı,TurkicWorld
Fələstin prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beş aylıq fasilədən sonra Abbasla görüşəcək.
Görüşdə İsrailin qırğın hücumları, Qəzzada humanitar böhran və atəşkəs axtarışları müzakirə olunacaq.
Həmçinin görüşdə İran-İsrail gərginliyi də müzakirə olunacaq.
Mahmud Abbas avqustun 15-də Türkiyə Böyük Millət Məclisində(TBMM) çıxış edəcək. Abbasın TBMM-dəki çıxışı HƏMAS lideri İsmayıl Həniyənin sui-qəsdindən sonra Türkiyənin Fələstinə ən güclü şəkildə dəstəyini bir daha bəyan etmək deməkdir.
Sessiyaya parlament sədri Numan Kurtulmuş moderatorluq edəcək.