AZ

Mahmud Abbas Türkiyə Böyük Millət Məclisində çıxış edəcək

Mahmud

Fələstin prezidenti Mahmud Abbas bu gün Türkiyə Böyük Millət Məclisinə səfər edəcək. O, əvvəlcə parlamentin sədri Numan Kurtulmuşla görüşəcək.

Reyting.az
xəbər verir ki, daha sonra Abbas və Kurtulmuş Türkiyə Böyük Millət Məclisində prezident Ərdoğanla görüşəcəklər.

Parlament saat 15.00-da növbədənkənar toplanacaq. İlk çıxışı spiker Kurtulmuş edəcək, sonra söz Fələstin liderinə veriləcək.
Baş Assambleyanın zalında millət vəkillərindən başqa çoxlu qonaqlar da olacaq. Fələstin prezidenti M. Abbas isə parlament kürsüsündən bütün dünyaya İsrailin hücumları haqqında danışacaq.

M. Abbasın çıxışı dərhal türk, ingilis və fransız dillərinə tərcümə olunacaq. Prezident Ərdoğan da parlament salonunda çıxışı dinləyəcək.

Bundan başqa, parlamentdə Fələstin mövzulu foto-sərgi də açılacaq. Prezident Ərdoğan, Fələstin lideri Abbas və parlament sədri Kurtulmuş sərgini ziyarət edəcək.

V. QULİYEV
Seçilən
161
23
reyting.az

10Mənbələr