AZ

"Liverpul" Salahla bağlı qərar verdi

"Liverpul"un hücumçusu Məhəmməd Salah klubda qala bilər.

90deqiqe.Az-ın “Sky Sports”a istinadən məlumatına görə, Mersisaydlıların rəhbərliyi yaxın bir neçə ay ərzində 32 yaşlı futbolçu ilə müqavilənin uzadılmasını müzakirə etməyi planlaşdırır.

“Liverpul”un baş məşqçisi Arne Slot Salahı komandada saxlamaq istəyir və futbolçunun özü də yeni müqavilə imzalamağa qarşı deyil.

Daha əvvəl futbolçu cari mövsüm başa çatdıqdan sonra "Liverpul"u tərk edəcəyini açıqlamışdı.

Misirli 2017-ci ildən "Liverpul"da çıxış edir. O, bu kampaniyada İngiltərə Premyer Liqasında üç matçda meydana çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə edib. Salahın ingilis nəhəngi ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
13
90deqiqe.az

10Mənbələr