AZ

Hakan Fidan:''Netanyahunu alqışlayanlar əli qanlı cinayətkarın tərəfdarları kimi tarixə düşdülər''

Türkiyə xarici işlər naziri Hakan Fidan deyib:“İsrailin baş naziri Benyamin Netanyahunu alqışlayanlar əli qanlı cinayətkarın tərəfdarları kimi tarixə düşdülər''.
Rəsmi ''X'' internet səhifəsində paylaşım edən Hakan Fidan İsrailin Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində həyatını itirənlərin sayının 40 minə yaxınlaşdığını və milyonlarla fələstinlinin yurd-yuvalarından didərgin düşdüyünü deyib.
Başda Benyamin Netanyahu olmaqla bu vəziyyətin memarları olan bütün İsrail rəsmilərinin bir gün ədalət qarşısında cavab verəcəyinə inandığını vurğulayan Hakan Fidan deyib: "Netanyahunu alqışlayanlar tarixə əli qanlı cinayətkarın tərəfdarları kimi düşüblər. Ədalətin bərqərar olmasını səbirlə gözləyənlər əlbətdə qələbə qazanacaqlar''.
Xatırladaq ki, Benyamin Netanyahu ötən gün ABŞ Konqresində çıxış edərək Qəzzada dinc əhali arasında itkilərin az olduğunu və orada aclığın olmadığını iddia edib. Benyamin Netanyahunun çıxışı alqışlarla dəstəklənib.



Seçilən
30
23
trt.net.tr

10Mənbələr