AZ

Hakan Fidan ''Həmas''ın üzvlərinə başsağlığı verib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsmayıl Haniyənin öldürülməsi ilə bağlı ''Həmas''ın Siyasi Bürosunun üzvlərinə başsağlığı verib.

Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib:''Nazirimiz Hakan Fidan Qətərin paytaxtı Dohada ''Həmas''ın başçısının müavini Xalid Meşalə başsağlığı verdi''.

Paylaşımda görüşdə İsmayıl Haniyənin oğullarından Abdüsselam və Hemmam Haniyənin də olduğu bildirilib.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 30-da İranın paytaxtı Tehranda sui-qəsd nəticəsində öldürülmüşdü.

 

 



Seçilən
104
23
trt.net.tr

10Mənbələr