BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə COP29-un “X” sosial şəbəkəsindəki paylaşımda bildirilib: “Avstraliyada COP29 ərəfəsində və ondan sonrakı dövrdə iqlim dəyişikliyi ilə qlobal mübarizə səylərinin müzakirəsinə həsr olunmuş çox məhsuldar görüş keçirilib. Bərpaolunan enerji mənbələri, emissiyaların azaldılması və ekoloji təmiz sahələrə investisiyalarla bağlı mühüm fikir mübadiləsi aparılıb. Həmçinin noyabrda COP29-da iqlim maliyyələşdirilməsinin əhəmiyyəti də müzakirə olunub”.