EN

Avropada sel həyəcanı: Ölənlər var

Güclü yağışlar bölgədə güclü daşqınlara səbəb olduğundan Mərkəzi Avropa ölkələri ən pis vəziyyətə hazırlaşır.

İNFOAZ.WS xəbər verir ki, Rumıniyada azı dörd nəfər ölüb və xilasedici qruplar təcili olaraq zərər çəkmiş ərazilərdə onlarla insanı xilas etməyə çalışırlar.

Çexiyada şənbə günü səhər saatlarında ölkənin onlarla bölgəsində çay suları təhlükəli həddə çatıb, bir çox şəhər və kəndlərdə evlər su altında qalıb. Güclü yağış və külək 63 mindən çox evi işıqsız qoyub

Avstriyada hakimiyyət şənbə günü günortadan sonra Avstriyanın şimal-şərq əyalətində 24 kəndi “fəlakət bölgəsi” elan edib və sakinləri həmin ərazilərdən təxliyə etməyə başlayıb.

Güclü yağışlar Vyanada Dunay çayında da suyun səviyyəsinin sürətlə artmasına səbəb olub.

Polşada hakimiyyət sakinləri elektrik kəsilməsinə hazırlaşmaq üçün qida ehtiyatı toplamağa və batareyalarını doldurmağa çağırıb.

Daha əvvəl Avropa ölkələrinin daşqınlara təcili hazırlaşdığı bildirilirdi.

Aysun Məmmədova,

İNFOAZ.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
45
50
infoaz.ws

10Sources