EN

Tramp Baydenin oğlunu əfv etmək qərarını pisləyib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Cozef Baydenin oğlu Hanteri əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğu fikrini bildirib.

“Far.Az” xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum edən və illərdir həbsdə olan şəxslərin əfv siyahısında olub-olmadığını sual edib. O qeyd edib ki, bu cür davranış açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır.

Tramp və tərəfdarları hesab edir ki, hücumda iştirak edənlərin çoxu ədalətsiz təqibin qurbanı olub və onlar siyasi məhbuslardır.

Chosen
47
12
far.az

10Sources