EN

«Yapı Kredi Bank Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın aparıcı banklarından olan “Yapı Kredi Bank Azərbaycan”nın gəlir mənbələrini təqdim edir.

«Unibank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-cü ilin üçüncü rübünün nəticələrinə görə “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 50 milyon 993 min manat təşkil edib.  Bank bu göstərici üzrə ölkənin bank sistemində 14-cü yeri tutur.  

Bu məbləğin böyük hissəsi – 21 milyon 950 min manatı və ya 42%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.

“Yapı Kredi Bank Azərbaycan”ın ikinci böyük gəlir mənbəyi komissiya haqlarıdır – bu mənbə bankı 13 milyon 552 min manat ilə və ya bütün gəlirlərin 27%-i ilə təmin edib.

“Yapı Kredi Bank Azərbaycan”ın valyuta əməliyyatlarından gəlirləri 5 milyon 129 min manat olub, bu - bankın bütün gəlirlərinin 10%-i deməkdir.

Qiymətli kağızlar bazarına yatırımlar isə “Yapı Kredi Bank”a 4 milyon 225 min manat gəlir təmin edib – ümumi gəlirlərin 8%-i.

“Yapı Kredi Bank” başqa banklarda depozit və kredit yerləşdirilməsi ilə 5 milyonda artıq gəlir əldə edib.

Digər faiz gəlirlərindən 7 min manat , digər qeyri-faiz gəlirlərindən isə 246 min manat gəlir əldə olunub, ikisi birlikdə ümumi gəlirin 2%-i həcmində .

Ümumiyətlə, “Yapı Kredi Bank Azərbaycan”ın gəlirlərinin 62%-i faiz, 38%-i qeyri-faiz gəlirlərindən ibarətdir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

21 950

42%

Komissiya haqları

13 552

27%

Valyuta əməliyyatlarından gəlirlər

5 129

10%

QK-a investisiyadan gəlir

4 225

8%

Digər banklara depozitlərdən gəlirlər

3 725

7%

Digər banklara kreditlərdən gəlirlər

2 159

4%

Digər faiz gəlirləri

7

1%

Digər qeyri-faiz gəlirləri

246

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

50 993

100%

 

Chosen
54
14
fed.az

10Sources