EN

«Bank Respublika» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın bank sektorunun liderlərindən biri, kiçik və orta biznesin kreditləşdirilməsində aktiv banklardan olan – “Bank Respublika”nın gəlir mənbələrini təqdim edir.

«Yapı Kredi Bank Azərbaycan» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

2024-ci ilin üçüncü rübünün nəticələrinə görə, “Bank Respublika”nın ümumi gəlirləri 200 milyon 728 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 5-ci yeri tutur.

Hesabat dövründə (üçüncü rüb) bankın gəlirlərinin ən böyük hissəsi – 145 milyon 128 min manatı və ya bütün gəlirlərin 72%-i kredit portfelinin gəlirlərindən formalaşıb.

Komissiya haqlarından isə 21 milyon 771 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 11%-i deməkdir.

“Bank Respublika”nın valyuta əməliyyatlarından gəlirləri 6 milyon 339 min manat, yəni ümumi gəlirlərin 3%-i həcmində.

Qiymətli kağızlar bazarına yatırımlardan isə bankın gəliri 2 milyon 214 min min manat olub, bu ümumi gəlirlərin 1%-ni təşkli edir.

11 milyondan artıq məbləği “Bank Respublika” başqa banklar və maliyyə təşkilatlarına ayırdığı depozitlərdən və kreditlərdən qazanıb.

Bankın digər faiz gəlirləri isə 13 milyon 897 min manat olub.

Ümumiyyətlə, “Bank Respublika”nın ümumi gəlirlərində faiz gəlirləri 86%, qeyri-faiz gəlirləri 14% təşkil edir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

145 128

72%

Komissiya haqları

21 771

11%

Valyuta əməliyyatlarından gəlirlər

6 339

3%

QK-a investisiyadan gəlir

2 214

1%

Digər banklara depozitlərdən gəlirlər

10 310

5%

Digər banklara kreditlərdən gəlirlər

1 069

1%

Digər faiz gəlirləri

13 897

7%

Digər qeyri-faiz gəlirləri

 

 

 

 

 

CƏMİ GƏLİRLƏR

200 728

100%

Chosen
4
3
fed.az

9Sources