EN

Kivi bağlarının salınmasına görə hər hektara 9600 manat əkin subsidiyası veriləcək

Bakı. Trend:

İntensiv kivi bağlarının salınmasına görə hər hektara 9600 manatəkin subsidiyası verilməsi nəzərdə tutulur.

Bu barədə Trend-ə Aqrar Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, Azərbaycanda kivi yetişdirilməsinə maraqildən-ilə artmaqdadır.

Hazırda əsasən Lənkəran-Astara iqtisadi zonasında kiviyetişdirilir. Daxili bazarda tələbat, xarici bazarlara ixracimkanları, dövlət dəstəyi mexanizmlərinin mövcudluğu intensivüsulla kivi bağları salınmasını stimullaşdırır.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın1-dən 2025-ci il mayın 31-dək Lənkəran, Astara, Masallırayonlarında, eyni zamanda Lerik rayonunun dəniz səviyyəsindən 300metr yüksəklikdən aşağıda yerləşən ərazilərdə intensiv kivi bağlarısalan fermerlərə hər hektara görə 9600 manat əkin subsidiyasıveriləcək.

Bu subsidiya damcı suvarma sistemi ilə təchiz olunmuş, hərhektarda ən azı 650 tingin əkildiyi kivi bağlarına şamilolunacaq.

Qeyd olunan subsidiyalaşma mexanizmi fermerin intensiv kivibağları salmaq üçün çəkdiyi xərclərin bir hissəsini qarşılamağaimkan verir.

Məqalədə:
Chosen
39
5
az.trend.az

9Sources