EN

Türkiyənin Qazaxıstana xalça məhsulları ixracı azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qazaxıstana xalça məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 19,7 milyon dollar olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirildiyinə görə, 2024-cü ilin noyabr ayında Türkiyə Qazaxıstana 2,6 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 7,1 faiz azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin xalça məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 2 milyard 620 milyon 234 min dollara çatıb.

Türkiyənin 2024-cü ilin noyabr ayında xalça məhsulları ixracı isə 259 milyon 878 min dollar olub ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,6 faiz azalıb.

Son 12 ay ərzində (noyabr 2023-noyabr 2024) Türkiyə 2 milyard 875 milyon 693 min dollar məbləğində xalça məhsulları ixrac edib.

Fuad Mədətov
Fins.az

Chosen
42
20
fins.az

10Sources