EN

SiyasətNazir: "Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığı siyasi əlaqələr səviyyəsinə qaldırılmalıdır"

SİZİN REKLAM BURADA!
055 213 76 73
 
Far.Az report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Tacikistan Biznes Forumunda deyib.
 
Onun sözlərinə görə, bu ilin ilk dörd ayı ərzində iki ölkə arasındakı ticarət dövriyyəsi 78% artıb:
 
"Buna baxmayaraq, ikitərəfli əməkdaşlığı genişləndirə biləcəyimiz bir sıra istiqamətlər var".
 
Nazir qeyd edib ki, ilk növbədə iki ölkə arasında sənaye kooperasiyasını və investisiya əməkdaşlığını alqışlayırıq:
 
"Biz Azərbaycan biznesini Tacikistanla ticarət-iqtisadi əlaqələri genişləndirməyə çağırırıq. Öz növbəsində dövlət olaraq bu istiqamətdə öz dəstəyimizi göstərməyə hazırıq".
 
M.Cabbarov bildirib ki, digər tərəfdən nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün imkanlar mövcuddur:
 
"Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir.
 
Orta dəhliz effektiv işləyir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86%-lik artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70% artıb".
 
Nazir kənd təsərrüfatı məhsullarının emalı sahəsində layihələrə investisiyaları nəzərdən keçirməyi məsləhət görüb.
 
"Sənaye zonaları qarşılıqlı maraqlar əsasında əməkdaşlıq üçün daha gözəl imkandır. Bakı Beynəlxalq Ticarət Limanı yaxınlığında olan Ələt azad iqtisadi zonası beynəlxalq investorlarla işgüzar təmaslara hazırdır. O, investorlara müxtəlif güzəştlər təklif edir", - M.Cabbarov əlavə edib.
Far.Az
Chosen
172
6
far.az

10Sources