EN

Netanyahu: İsrail qələbəyə qədər mübarizə aparacaq

"İsrail Qəzza zolağında bütün məqsədlərinə çatana qədər hərbi əməliyyatı dayandırmayacaq, çünki yalnız HƏMAS-a təzyiqlər anklavda radikalların saxladığı girovların azad edilməsinə səbəb ola bilər". 

"Operativ Media" xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu ordu bazasında zabit kurslarını bitirmə mərasimində hərbçilərlə söhbəti zamanı deyib.

Netanyahu əlavə edib ki, bu, vaxt alsa belə, qələbəyə qədər mübarizə aparacaqlar.

"HƏMAS-a hərbi təzyiq olmadan biz girovların azad edilməsinə nail ola bilməyəcəyik", - Baş nazir əlavə edib. 

Chosen
137
50
operativmedia.az

10Sources