Təl-Əviv və HƏMAS arasında Qəzzada yeni atəşkəs və əsir mübadiləsinə dair razılaşmanın yenidən gündəmə gətirildiyi dövrdə İsrailin baş naziri Binyamin Netanyahunun tələblərini ağırlaşdırması müzakirə edilir.Qəzzada hücumlara son qoymaq istəmədiyi üçün tez-tez tənqid olunan Netanyahu, atəşkəs və məhbus mübadiləsi razılaşmasına ümidlərin yenidən artdığı bir vaxtda razılaşmanı qəbul etmək üçün yeni tələblər irəli sürüb. Ötən həftə İsrail və HƏMAS arasında atəşkəs və məhbus mübadiləsi razılaşması üçün yenidən danışıqlar başlayanda Netanyahu yeni tələblər irəli sürüb.Bunlardan ən diqqət çəkəni Qəzzanın Misirlə sərhədi və orada açılan Rəfah Sərhəd Qapısı ilə bağlıdır. Belə ki, Netanyahu Qəzzanın Misir sərhədində "Filadelfiya dəhlizi" olaraq bilinən İsrail işğalının davam etməsini və Rəfah Sərhəd Qapısının Fələstin tərəfində qalan hissəsinin İsrail qüvvələrinin nəzarətində olmasını istəyib.İsrailin baş naziri atəşkəs olsa belə, HƏMAS üzvlərinin Qəzzanın şimalına qayıtmasının əleyhinə olduğunu da qeyd edib.Bundan əlavə, Netanyahu iddia edib ki, Qəzzada əldə ediləcək atəşkəs və məhbus mübadiləsi razılaşması "müharibənin məqsədlərinə çatana qədər İsrailin Qəzzaya yenidən hücum etmək hüququnu təmin etməlidir".