EN

Macarıstan: “Orbanın Ukrayna planı bütün Aİ liderlərinin masasındadır”

Macarıstanın baş naziri Viktor Orbanın real vəziyyətin qiymətləndirilməsi və Ukrayna böhranının həlli üçün real hədəflər və son tarixlərə əsaslanan sülh planı Avropa İttifaqının (Aİ) bütün liderlərinin masasındadır.

Editor.az xəbər verir ki, Baş nazir Viktor Orbanın siyasi məsələlər üzrə müavini Balazs Orban “Magyar Nemzet” qəzetinə verdiyi açıqlamasında belə deyib.

“Orbanın planı hazırda bütün AB baş nazirlərinin masasındadır. Real vəziyyətin qiymətləndirilməsi, real məqsədlər və uyğun son tarixlər- bizim yanaşmamız bunlara əsaslanır”.

Macarıstanın bu məsələdə oynadığı rolun şişirdilməməsi lazım olduğunu bildirən rəsmi, Orbanın iki həftə ərzində silsilə görüşlər təşkil etməsində əldə etdiyi uğurun qiymətləndirilməməsi lazım olduğunu deyib. O, Orbanın ölkəsinin Aİ-yə sədrliyi dövründə “sülh danışıqları üçün lazımi şərait yaratmaq” üçün Aİ Şurasına “siyasi təşəbbüslər” təqdim etmək üçün bundan istifadə edəcəyini qeyd edib və sözlərinə belə davam edib:  “Macarıstanın Baş naziri Aİ liderlərinə səfərləri barədə ətraflı məlumat verib. Bu səfərlər çox vacib idi, çünki ölkəmiz indi müharibə edən tərəflərin və ən mühüm vasitəçi aktorların necə düşündükləri və müxtəlif maraqlar arasında necə manevr edə bildikləri barədə təzə və konkret məlumatlara malik yeganə ölkədir. Avropa Birliyi sülhə ciddi yanaşarsa, ən azı reallaşma şansı minimal olan plan yarada bilər”.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqına üzv ölkələr arasında hər 6 aydan bir rotasiya edilən prezidentlik səlahiyyətlərini təhvil aldıqdan sonra ilk xarici səfərini Kiyevə edib və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Daha sonra Moskvaya səfər edən Orban Rusiya prezidenti Vladimir Putinlə, daha sonra Çində bu ölkənin lideri Si Cinpinlə, NATO sammitinin keçirildiyi ABŞ-da isə prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşüb. Orban münaqişə tərəflərinin Ukrayna böhranını həll etməli olduğunu, lakin ABŞ, Çin və Aİ-nin bu prosesə həlledici təsir göstərdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az

Chosen
86
14
editor.az

8Sources