EN

Bayden seçkilərdə Trampa uduzacaq - Nensi Pelosi narahatdır

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi hesab edir ki, Amerikanın hazırkı prezidenti Co Bayden qarşıdakı seçkilərdə ölkənin keçmiş lideri Donald Trampa qalib gələ bilməyəcək.

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Pelosi Baydenlə telefon danışığı zamanı ona bildirib ki, sorğuların nəticələri göstərir ki, prezident seçkilərində qalib gələ bilməz və bununla da demokratları Nümayəndələr Palatasında qalib gəlmək şansından məhrum edir.

Pelosinin Baydendən seçki yarışından geri çəkilməsini xahiş edib-etmədiyi məlum deyil.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. İkinci müddətə namizəd olan Bayden artıq avqustda keçiriləcək Demokratik Milli Konvensiya üçün kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

Chosen
163
50
modern.az

10Sources