EN

Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 22-28-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş üzgüçülük üzrə 2015 və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında turnir – 23 iyul, saat 9:30 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə “Sağlam həyat” layihəsi çərçivəsində atletika üzrə nümunəvi çıxışlar – 23 iyul, saat 10:00 (Abşeron rayonu, Xırdalan parkı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş atletika üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində ustad dərsləri – 23 iyul, saat 10:00 (Xızı rayonu, Heydər Əliyev parkı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş cüdo üzrə “İdman hamı üçün” layihəsi çərçivəsində Ələkbər Quliyev tərəfindən ustad dərsləri – 24 iyul, saat 10:00 (Xızı rayonu, Altağac qəsəbəsi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş veloyürüş – 25 iyul, saat 10:00 (Sumqayıt Mehdi Hüseynzadə adına stadion);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş idman festivalı – 25 iyul, saat 9:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qol güləşi idman növü üzrə rayon birinciliyi – 26 iyul, saat 17:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş “Sağlam həyat” layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə məşğul olan idmançılar arasında səhər gimnastikası – 26 iyul, saat 8:00 (Sumqayıt Dənizkənarı Bulvar).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar – 22 iyul, saat 10:00 (Qobustan rayonu, Təklə kənd tam orta məktəbi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümünə həsr olunmuş şahmat üzrə rayon turniri - 22 iyul, saat 10:00 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə regional birincilik - 22-31 iyul, saat 19:00 (Şamaxı şəhər stadionu);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri – 24 iyul, saat 10:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş şahmat üzrə Şamaxı rayon turniri - 24-25 iyul, saat 10:00 (Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş velosiped üzrə "GİN - 30" turniri – 26 iyul, saat 10:00 (Heydər Əliyev adına park);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Gimnastika hamı üçün “ – 28 iyul, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə nümunəvi çıxışlar - 22 iyul, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş 2012-2013-cü il təvəllüdlü futbolçular arasında minifutbol üzrə Gəncə şəhər birinciliyi - 22 iyul, saat 10:00 (Yeni Gəncə qəsəbəsi, süni örtüklü meydança);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə Daşkəsən rayon birinciliyi - 23-24 iyul, saat 11:00 (Daşkəsən rayon Mədəniyyət Mərkəzi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş oğlan və qızlar arasında üzgüçülük üzrə Goranboy rayon birinciliyi - 24 iyul, saat 12:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 30 illiyi münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində sərbəst güləş üzrə Samux rayon açıq birinciliyi - 24 iyul, saat 10:00 (Samux şəhər Heydər Əliyev adına Park);
- Cüdo üzrə idman ustası, məşqçi-müəllim Fuad Əliyev tərəfindən nümunəvi çıxışlar - 24 iyul, saat 16:00 (Naftalan UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Gimnastika hamı üçün" idman tədbiri - 25 iyul, saat 16:00 (Naftalan UGİM);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində minifutbol üzrə Goranboy kubokunun final oyunu - 25 iyul, saat 19:00 (Goranboy Olimpiya İdman Kompleksi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş üzgüçülük üzrə Bərdə rayon turniri - 22 iyul, saat 12:00 (Bərdə Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş MMA üzrə uşaq və yeniyetmələr arasında Ağcabədi rayon turniri – 22 iyul, saat 15:00 (“Uğur” idman klubu);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə Tərtər rayon birinciliyi - 23 iyul, saat 11:00 (Tərtər Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında nərd üzrə şəxsi birincilik - 23 iyul, saat 11:00 (Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 22 iyul, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Karate üzrə nümunəvi çıxışlar - 24 iyul, saat 10:00 (Tovuz Karate klubu);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş nərd üzrə turnir - 25 iyul, saat 10:00 (Qazax Gənclər Evi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş yeniyetmələr arasında ağırlıqqaldırma üzrə region birinciliyi - 26 iyul, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Taekvondo üzrə nümunəvi çıxışlar - 27 iyul, saat 10:00 (A.Abdullayev adına şəhər 2 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində oğlan və qızlar arasında dama üzrə məhlə birinciliyi - 27 iyul, saat 11:00 (Gədəbəy şəhər Mir Cəlal Paşayev küçəsində yerləşən mini parkda);
- MMA pankration üzrə nümunəvi çıxışlar- 27 İyul, saat 10:00 (Şəmkir rayon Yuxarı Seyfəli kənd idman meydançası).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə kütləvi idman tədbiri - 23 iyul, saat 10:00 (Qusar rayonu, güləş zalı);
- İdarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Xaçmaz rayon turnirinin final oyunu - 24 iyul, saat 18:00 (Xaçmaz rayonu, minifutbol meydançası);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş gənclər arasında şahmat üzrə Siyəzən rayon birinciliyi - 24-25 iyul, saat 10:00 (Siyəzən Gənclər Evi);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş gənc qızlar arasında voleybol üzrə Quba rayon birinciliyi - 24-26 iyul, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş 10-14 yaşlı yeniyetmə oğlan və qızlar arasında dama üzrə Şabran rayon birinciliyi - 25-26 iyul, saat 10:00 (Şabran rayon Ağsaqqallar Evi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Voleybol hamı üçün” kütləvi idman tədbiri - 26 iyul, saat 10:00 (Siyəzən şəhər 3 nömrəli tam orta məktəb);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində uşu üzrə açıq seminar - 27 iyul, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində alpaqut üzrə nümunəvi çıxışlar - 27 iyul, saat 18:00 (Xaçmaz rayonu, Yalamakəndi idman zalı).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol üzrə idarə, müəssisə təşkilatlar arasında rayon turniri - 22-28 iyul, saat 18:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təsis edilməsinin 30 illiyinə həsr olunmuş voleybol üzrə Astara rayon açıq turniri - 22-28 iyul (Astara rayonu, "Ümid" İdman Kompleksi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri - 23 iyul, saat 16:00 (Cəlilabad Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş "Sağlam həyat üçün idman edək" kütləvi açıq idman tədbiri - 23 iyul, saat 10:00 (Lənkəran rayonu, Liman şəhəri mərkəzi parkı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümü münasibətilə tir atıcılığı üzrə rayon turniri - 23 iyul, saat 10:00 (“Masallı Gənclər Evi” SXM);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri - 24-25 iyul, saat 10:00 (Cəlilabad rayonu, Mərkəzi stadionu);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş əqli imkanları məhdud olan uşaqlar, yeniyetmələr və gənclər arasında əyləncəli açıq idman tədbiri - 26 iyul, saat 10:00 (Lənkəran sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş “Zirvəni fəth et!” devizi ilə gənclər arasında dağ yürüşü - 27 iyul, saat 10:00 (Lerik rayonu, Qala dağ zirvəsinə);
- Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin doğum gününə həsr olunmuş minifutbol üzrə Lənkəran-Astara Regionun açıq turniri - 27-28 iyul, saat 20:00 (Lənkəran rayonu, Ürgə minifutbol stadionu);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 iliyinə həsr olmuş kütləvi açıq idman tədbiri - 27 iyul, saat 10:00 (Lerik rayonu, Heydər Əliyev xatirə parkı);
- Yardımlı şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə rayon turniri - 27 iyul, saat 10:00 (Yardımlı Olimpiya İdman Kompleksi).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi ilə əlaqədar olaraq yeniyetmələr arasında minifutbol üzrə rayon turniri - 17-25 iyul, saat 10:00 (Kürdəmir Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30-cu ildönümü münasibətilə bilyard üzrə rayon birinciliyi - 22-23 iyul, saat 15:00 (Zərdab rayonu Gənclər Evi);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik münasibətilə şahmat üzrə rayon birinciliyi - 22-25 iyul, saat 10:00 (Ucar şahmat məktəbi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi ilə əlaqədar olaraq gənclər arasında nərd üzrə rayon turniri - 23-24 iyul, saat 15:00 (Kürdəmir rayonu, Heydər Əliyev adına park);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş veloyürüş - 23 iyul, saat 10:00 (Göyçay şəhər ərazisi);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi münasibətilə UGİM bölmələri arasında yunan-Roma güləşi üzrə birincilik - 23 iyul, saat 10:00 (Yevlax rayonu, Xaldan kənd güləş zalı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi ilə əlaqədar gənclər arasında nərd üzrə rayon turniri - 23-24 iyul, saat 15:00 (Kürdəmir rayonu, Heydər Əliyev adına park);
- Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi münasibətilə minifutbol üzrə yeniyetmələr və gənclər arasında Yevlax rayon birinciliyi - 24 iyul, saat 9:30 (Yevlax rayonu, Karvan stadionu);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş taekvondo üzrə “Sağlam həyat” layihəsi çərçivəsində nümunəvi çıxışlar - 24 iyul, saat 10:00 (Ağdaş Peşə Məktəbi);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi - 25 iyul, saat 10:00 (Göyçay sərbəst güləş idman zalı);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi münasibətilə yeniyetmə və gənclər arasında üzgüçülük üzrə Mingəçevir şəhər birinciliyi - 28 iyul, saat 10:00 (Mingəçevir şəhər Kür OTİM).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş gənclər arasında tir atıcılığı üzrə rayon turniri - 22 iyul, saat 11:00 (Saatlı "Gənclər Evi" sosial xidmət müəssisəsi);
- Yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 24 iyul, saat 16:00 (Sabirabad UGİŞM);
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə rayon turniri - 24 iyul, saat 12:00 (Saatlı Olimpiya İdman Kompleksi).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr edilmiş dama üzrə yeniyetmə və gənclər arasında rayon turniri - 22 iyul, saat 11:00 (Şəki şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr edilmiş karate üzrə yeniyetmə və gənclər arasında rayon turniri - 22 iyul, saat 15:00 (Şəki Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr edilmiş yeniyetmələr arasında üzgüçülük üzrə rayon turniri - 26 iyul, saat 9:30 (Balakən Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında "İdman hamı üçün" devizi ilə şən əyləncəli idman oyunları - 25 iyul, saat 11:00 (Qax rayonu Heydər Əliyev parkı);
- Yeniyetmə və məktəblilər arasında boks üzrə inkişaf turniri - 28-30 iyul, saat 11:00 (Qəbələ idman klubu).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- 26 iyul - Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş üzgüçülük üzrə Biləsuvar rayon birinciliyi - 23 iyul, saat 10:00 (Biləsuvar Olimpiya İdman Kompleksi);
- 26 iyul - Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunmuş idmançıların və gənclərin iştirakı ilə yürüş - 26 iyul, saat 18:00 (Biləsuvar rayonu);
- Asudə vaxtın səmərəli təşkili məqsədilə əyləncəli idman oyunu - 28 iyul, saat 10:00 (Hacıqabul şəhər 3 nömrəli tam orta məktəb);
- "Sağlam həyat" proqramı çərçivəsində uşaqlar üçün gimnastika və atletika üzrə idman tədbiri - 27 iyul, saat 11:00 (Hacıqabul şəhər Lalələr uşaq bağçası);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 22 iyul, saat 9:00 (Salyan rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbi);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin oğlan şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarış - 24 iyul, saat 10:00 (Salyan şəhər Sadiq Babayev adına 2 saylı uşaq bağçası);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin qız şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarış - 25 iyul, saat 10:00 (Salyan şəhər Sadiq Babayev adına 2 saylı uşaq bağçası);
- 6 yaş və daha kiçik uşaqlar arasında “Sağlam həyat” proqramı çərçivəsində atletika və gimnastika üzrə yarışlar – 23 iyul, saat 11:00 (Neftçala şəhər 3 saylı körpələr evi-uşaq bağçası);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarış - 24 iyul, saat 10:00 (Şirvan şəhər 4 saylı uşaq bağçası).

İdman.biz

Chosen
120
3
idman.biz

10Sources