2024 Paris Olimpiya Oyunlarında Özbəkistanı cüdo idman növündə təmsil edən Diyora Kaldiyoravo ölkə tarixində ilk dəfə olaraq bu idman növündə qızıl medal qazanıb.
Sfera.az xəbər verir ki, 52 kq çəkidə yarışan 26 yaşlı idmançı Tokio Olimpiya Oyunlarının qalibini məğlub edərək finala yüksəlib.
Finalda Kosova təmsilçisi ilə qarşılaşan Özbəkistan təmsilçisi Diyora Kəldiyorova Distri Krasniçi məğlub edərək ölkə tarixinə düşüb.
Belə ki, olimpiada zamanı cüdo idman növündə ilk qızıl medal qazanan Diyora, bununla da Özbəkistanın tarixinə düşüb.