RU

Qərb Ukraynada riskə gedir – “Bu dəlilikdir”

NATO Polşa və ya Ukraynada B-61 bombalarını yerləşdirməklə bağlı qərar qəbul edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The National Interest” məlumat yayıb.

Nəşr bildirir ki, ABŞ və onun NATO müttəfiqləri Ukrayna ətrafında münaqişənin gərginliyini azaltmaq üçün bütün yolları rədd etdikdən və Rusiyaya dərin zərbələr endirmək qərarına gəldikdən sonra Polşa və Ukraynaya nüvə silahı tədarükü perspektivi ciddi ola bilər.

Mənbənin ehtimalına görə, hadisələrin bu yöndə inkişafı B-61 nüvə bombalarının ötürülməsi olacaq.

“Əslində, NATO-nun nüvə arsenalının alyansın üzvü olmayan Ukrayna ərazisində yerləşdirilməsi ideyası dəlilikdir”, - nəşr əlavə edir.


Müəllif: Qənirə Süleymanova
Избранный
30
22
teleqraf.com

10Источники