RU

Bu tarixədək sülh imzalana bilər -

Bakı və İrəvan arasında bu il sülh imzalana bilərBunu Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, son proseslərdən sonra iki ölkə sülhə yaxındır:"Artıq Paşinyan son çıxışlarında sülhün təmin olunduğunu bildirir. Ölkə Prezidenti İlham Əliyev də sülhə yaxınıq bəyanatı ilə çıxış etmişdi. Bu onu bir daha təsdiq edir ki, artıq Azərbaycan və Ermənistan arasında sülh əldə olunması mümkündür. Əlbəttə, Ermənistan bu prosesləri hədsiz uzadır. 2020-ci ildən bu tərəfə hər vəchlə sülhün əldə olunmasına maneə törədir. İndi isə artıq Azərbaycanın gücü, apardığı siyasət, Ordumuzun qüdrəti hər kəsə məlumdur.
Deputat onu da vurğulayıb ki, Rusiya Cənubi Qafqazda ən etibarlı tərəfdaş olaraq Azərbaycanı görür:
"Rusiya Azərbaycanla siyasi və iqtisadi əlaqələrini daha da genişləndirir. Xüsusilə İlham Əliyevin aprelin 22-də Rusiya səfərindən sonra əldə olunacaq nailiyyətlər daha geniş şəkildə özünü göstərəcək.

Ən çox ermənilərə dəstək verən Fransa və digər Qərb ölkələridir. Bunlar isə artıq Azərbaycanın gücünü və dünyadakı nüfuzunu qəbul etmək məcburiyyətindədirlər. Mənə elə gəlir ki, bu il ərzində sülhün əldə olunması mümkündür".

Избранный
230
50
metbuat.az

10Источники