RU

Netanyahu geri çəkilməyəcəklərini dedi: "Məqsədə çatana qədər davam edəcəyik"

"Qəzza zolağında savaş uzun zaman alsa belə, məqsədlərimizə çatana qədər hücum davam etdiriləcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Hərbi Akademiyanın məzunları ilə görüşdə deyib.

O bildirib ki, şəxsən özü HƏMAS-la əsir mübadiləsinə razıdır: "Ancaq bundan sonra da kimsə təminat verı bilməz ki, HƏMAS İsrailiin təhlükəsizliyini təhdid etməyəcək. Ona görə də bizim əsir mübadiləsi üçün 4 şərtimiz var. Bunlardan biri də Qəzzanın Misir sərhədində "Filadelfiya dəhlizi" kimi tanınan ərazinin İsrail ordusunun nəzarəti altında olmasıdır. biz bunlara görə əməliyyatı davam etdiririkk. Əks halda, ölkəmiz yenə də təhdid altında olacaq."

Firudin Səfərli

MİA.AZ

Избранный
167
50
mia.az

10Источники