RU

Laosda Rusiya-ABŞ təmasları planlaşdırılmayıb - Rusiya XİN

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Laosda keçirilən tədbirləri çərçivəsində Rusiya ilə ABŞ arasında heç bir təmas planlaşdırılmır.

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bu barədə TASS-a bildirib.

"Heç bir əlaqə nəzərdə tutulmayıb", - nazir müavini bununla bağlı suala cavab verib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 26-27-də Laosun paytaxtında ASEAN xarici işlər nazirlərinin növbəti iclaslarında iştirak edəcək.

Избранный
62
9
aznews.az

9Источники