EN

F-16-nı "Patriot"la vurmuşuq - Ukraynalı deputat

F-16 qırıcısı hərbi birliklər arasında koordinasiyanın olmaması nəticəsində səhvən “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. 

Ölkə.Az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Maryana Bezuqlaya bildirib. 

O yazıb ki, F-16-nın vurulması nəticəsində pilot Aleksey "Moonfish" Mes ölüb.

“Məndə olan məlumata görə, ukraynalı pilot Aleksey “Moonfish” Mesin F-16 təyyarəsi hərbi birliklər arasında koordinasiya pozğunluğu səbəbindən “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub. Hesabatlarda onun “nəzarət edə bilmədiyi” qeyd edilib”, - deputat yazıb.

O qeyd edib ki, hadisə avqustun 26-da Rusiyanın ən güclü hava hücumlarından biri zamanı baş verib.
“Müharibə müharibədir, belə epizodlar mümkündür. Lakin Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığında yalan mədəniyyəti, digər yüksək rütbəli hərbi qərargahlarda olduğu kimi, hərbi qərarların idarə edilməsi sisteminin düzgün, ardıcıl olaraq toplanmış analitika əsasında təkmilləşdirilməməsinə, əksinə, daha da pisləşməsinə səbəb olur. Pokrovski istiqamətində baş verən hadisələr kimi... Generallardan heç biri cəzalandırılmadı”, - Bezuqlaya qeyd edib.

Deputat Maryana yazının altında Aleksey Mesin (sağda) əvvəllər vəfat etmiş pilot Andrey Pilşikov ilə birlikdə şəklini də paylaşıb.

Mürtəza
Ölkə.Az

Chosen
85
50
olke.az

10Sources