EN

Blinken Laosda birgə şəkil çəkdirməkdən niyə imtina edib?

Qərb ölkələrinin liderləri Rusiya nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdən sonra birgə fotoşəkillər çəkdirməkdən imtina edirlər, çünki onlar üçün öz hekayələrini təbliğ etmək vacibdir.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya Pravda”ya müsahibəsində danışıb .

“Qərbə öz povestini təbliğ etmək üçün məsələnin mahiyyətinə varmadan sadə mənzərə lazımdır”, o, Laosda keçirilən Şərqi Asiya Sammiti (EAS) iştirakçı ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra çəkilmiş qrup fotosunda ABŞ dövlət katibi Antoni Blinkenin olmamasına münasibət bildirib.

Sergey Lavrov onu da əlavə edib ki, Qərb liderlərindən fərqli olaraq o, protokol aspektlərinə xüsusi diqqət yetirmir və üzülmür.

Chosen
75
9
publika.az

9Sources