AZ

"Mançester Siti" aparıcı futbolçusunu satmağı planlaşdırır

İngiltərənin "Mançester Siti" klubu aparıcı futbolçusu Kayl Uokeri satmağı planlaşdırır.

 

Sfera.az xəbər verir ki, "şəhərlilər" 2024/2025 mövsümünün sonunda heyətini gəncləşdirmək və bəzi yaşlı oyunçularla vidalaşmaq niyyətindədir.

 

Hazırkı ölkə çempionunu tərk etməyə əsas namizədlərdən biri də Uokerdir.

 

Rəhbərlik komandanın uğursuz çıxışında müdafiəçilərin də rolunun olduğunu düşünür və arxa xətti yeniləməyə hazırlaşır.

 

"Mançester Siti" son 8 matçda 19 qol buraxıb. Qeyri-qənaətbəxş nəticələr rəhbərliyi vəziyyəti yaxşılaşdırmaq üçün bütün mümkün variantları axtarmağa vadar edir.

 

Qeyd edək ki, Kayl Uokerin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Seçilən
5
15
sfera.az

10Mənbələr