"Mançester Siti"nin 2 futbolçusu zədədən qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Fil Foden və Mateo Kovaçiç Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Yuventus"a qarşı oyundan əvvəl məşqdə iştirak ediblər. Onların yaxın zamanda yaşıl meydanlara qayıdacaqları gözlənilir.
Qeyd edək ki, Fil Foden dekabrın 1-də "Liverpul"la matçdan (0:2) sonra, Mateo Kovaçiç isə noyabrın 9-da "Brayton"la görüşdən (1:2) sonra "Mançester Siti"nin heyətində oyuna çıxmayıblar.
Bizim.Media